...

Bakıda Dmitri Şostakoviç festivalı başlayacaq

Cəmiyyət Materials 20 Fevral 2006 16:13 (UTC +04:00)

Fevralın 20-də Bakıda Dmitri Şostakoviç festivalı açılacaq. Mədəniyyət və Turizm Nazirliyindən Trend ə verilən məlumata görə, festivalın təşkilatçıları kimi Heydər Əliyev Fondu və Nazirlik çıxış edir.

Festival fevralın 20-də məşhur musiqiçi, vialonçel ifaçısı və dirijor Mstislav Rastropoviçin dirijorluğu ilə Rusiya Dövlət Akademik Simfonik orkestrinin çıxış edəcəyi Azərbaycan Dövlət Filarmoniyasında açılacaq. Konsertdə "Mtsenik dairəsindən ledi Maqbet" operasından 1 N-li simfoniya səsləndiriləcək.

Şostakoviç həftəsi çərçivəsində Bakı caz mərkəzi və Dövlət Filarmoniyası kamera musiqisi axşamı keçirəcək, Azərbaycan Dövlət Simfonik orkestri, Rusiyanın musiqi kollektivləri ayrı-ayrı proqroamlarla çıfxış edəcəklər. Həftə çərçiəvçsində həmçinin, dahi bəstəkarın yaradıcılığına həsr olunan "Şostakoviç və müasirlik" konfransı və dəyirmi masası keçiriləcək.

Xəbər lenti

Xəbər lenti