...

Azərbaycan ombudsmanı Qara dəniz ölkələrini Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını dəstəkləməyə çağırır

Cəmiyyət Materials 1 May 2006 13:22 (UTC +04:00)

Azərbaycan ombudsmanı Qara dəniz dövlətlərini regionda əməkdaşlığı möhkəmlətmək məqsədilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını dəstəkləməyə çağırır.

Ombudsman aparatından Trend ə verilən məlumata görə, bu barədə Elmira Süleymanova İstanbulda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının təşkilatçılığı ilə "Demokratiyanın möhkəmlənməsində ombudsmanların rolu"na həsr olunmuş beynəlxalq konfransda çıxışında bəyan edib.

Ombudsman bəyan edib ki, regionda sülh və sabitlik olmadan uğurlu əməkdaşlıq da mümkün ola bilməz. O, həmçinin, iştirakçıların nəzərinə çatdırıb ki, uzanan hərbi münaqişə nəticəsində ölkə əhalisinin 1/8 hissəsi qaçqın və məcubri köçkünə çevrilib. E.Süleymanova Azərbaycan və Ermənistan ombudsmanlarının beynəlxalq hüquq normaları çərçivəsində münaqişəsinin nizamlanmasına yönəldiləcək səylərinin əhəmiyyətini qeyd edib.

Konfransa QİƏT-ə üzv olan 12 ölkənin (Azərbaycan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Rumıniya, Serbiya və Çernoqoriya, Albaniya, Rusiya, Ukrayna, Moldova, Gürcüstan və Ermənistan) nümayəndələri dəvət olunub. İki gün ərzində ombudsman institutlarının insan hüquqlarının qorunması, demokratiyanın möhkəmləndirilməsi, hüquqi vətəndaş cəmiyyəti quruculuğu sahəsində fəaliyyəti müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti