...

"Gün" qəzetinin təsisçisi: Biz Xomeyninin kollajını dərc etməklə İran qəzetlərində azərbaycanlıların heysiyyatına toxunan yazılara və kollajlara adekvat cavab vermişik

Cəmiyyət Materials 6 İyun 2006 16:23 (UTC +04:00)

"Biz Xomeyninin kollajını dərc etməklə İran qəzetlərində azərbaycanlıların heysiyyatına toxunan yazılara və kollajlara adekvat cavab vermişik". Trend xəbər verir ki, iyunun 6-da Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfrnasın keçirən "Gun" qəzetinin təsisçisi Fikrət Fərhadoğlu məlumat verib.

Qəzetin təsisçisi bildirib ki, Xomeyninin kollajını dərc etdikləri üçün Respublika Baş Prokurorluğu tərəfindən qəzetə və baş redaktor Elnur Vaqifoğluna qarşı cinayət işi başlanıb. Lakin təsisçi baş redaktorun kollaj məsələsindən xəbərsiz olduğunu söyləyib və bütün məsuliyyəti öz üzərinə götürüb.

"Həmin kollaj qəzet səhifəsində mənim təklifimlə dərc olunub və bu məsələdən baş redaktorun xəbəri olmayıb. Lakin hazırda baş redaktora zəng vuraraq onu və ailəsini müxtəlif şəkildə hədələyirlər. O ki qaldı kollaj dərc etməkdə məqsədimə, bu, mənim İran İslam Respublikasında nəşr olunan mətbuat orqanlarında azərbaycanlıların təhqir edilməsinə adekvat cavab idi və mən bununla bağlı öz prinsiplərimdən dönməyəcəyəm" - deyə F.Fərhadoğlu söyləyib.

Xəbər lenti

Xəbər lenti