İyunun 26-da Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi 13 saylı ünvanda baş vermiş yanğının törətdiyi fəsadlar nəticəsində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza İnstitutunun dam örtükləri də yanaraq sıradan çıxıb. Bu barədə Trend ə Məhkəmə Ekspertiza İnstitutundan (MEİ) məlumat verilib.
Dam örtüyündə yanğın başlanmasını görən MEİ rəhbərliyi binada olan zəruri əşyaların dərhal çölə çıxarılmasına nail ola bilib.
Hazırda binanın dam örtüyündə təmir-bərpa işləri aparılır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, yanğın nəticəsində tüstüdən zəhərlənərək xəstəxanaya aparılımış və ilkin tibbi yardım göstərilmiş 2 yanğınsöndürənin səhhəti qənaətbəxşdir.