...

Azərbaycanlı voleybolçular Yeltsin Kubokunun açılış oyununda çıxış edəcək

Cəmiyyət Materials 6 İyul 2006 13:46 (UTC +04:00)

Azərbaycanın volyebol üzrə qadınlardan ibarət yığması Rusiyanın 1-ci prezidenti Boris Yeltsinin IV Kubokunun açılış oyununda çıxış edəcək. Kubok oyunu iyulun 7-də Nijni Taqildə və Yekaterinburqda keçiriləcək.

Milli Federasiyanın mətbuat katibi Zöhrab Gözəlbəylinin Trend ə verdiyi məlumata görə, yarış təşkilatçılarının təsdiqlədiyi təqvimə əsasən, həmin gün Faiq Qarayevin yetirmələri Hollandiya ilə qarşılaşacaq. Bir gün sonra onlar Rusiya yığması ilə görüşəcək. Voleybolçularımsız qrup mərhələsini iyulun 10-da bu ölkənin gənclərdən ibarət milli komandası ilə oyunla başa vuracaq. Onlar yarımfinala vəsiqə qazanmaq və turnir mükafatları uğrunda mübarizə aparmaq üçün yarımqrupda ilk iki yerdən birini tutmalıdır.

Qeyd edək ki, ənənəvi yarışın mükafat fondu 600000 min ABŞ dollarına bərabərdir.

Xəbər lenti

Xəbər lenti