...

"Qala" basketbol klubu Rimas Kurtinaytisin davamçısının axtarışı ilə məşğuldur

Cəmiyyət Materials 10 Avqust 2006 13:23 (UTC +04:00)

"Qala" basketbol klubu Rimas Kurtinaytisi əvəz edəcək məşqçi axtarışı ilə məşğuldur.

Təşkilatın mətbuat katibi Ramin Kəsəmənskinin xəbər verdiyi kimi, bu addım litvalının bu yaxınlarda başçılıq etdiyi "Ural-Qreyt"də işlə çox yüklənməsi ilə bağlıdır. Həm də Rusiya Superliqasında medal uğrunda mübarizədən başqa, kollektiv FİBA Kubokunda da oynayacaq. "Rimas yığmanın başında qalır, lakin indi klubda onu əvəz edəcək adam olmalıdır. Xüsusən də, üzərində keçmiş Yuqoslaviyanın adı olan münasib mütəxəssis axtarılır", - deyə R.Kəsəmənski qeyd edib.

Bu halda yığmanın əsası olan "Qala" klubuna R.Kurtinaytisin ən yaxın köməkçisi Elxan Əliyev başçılıq edəcək.

Xəbər lenti

Xəbər lenti