...

Azərbaycanda təqsirsizlik prezumpsiyasına dair geniş hesabat hazırlanıb

Cəmiyyət Materials 4 Sentyabr 2006 18:50 (UTC +04:00)

İnsan Hüquqlarının Müdafiəsi üzrə "Tolerantlıq" İctimai Birliyi tərəfindən Azərbaycanda təqsirsizlik prezumpsiyasının durumuna dair geniş hesabat hazırlayıb. Bu barədə Trend ə həmin İctimai Birlikdən məlumat verilib.

Qeyd edək ki, 2005-ci ilin noyabrında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Bakı ofisi bir qrup hüquqşünasdan Azərbaycanda təqsirsizlik prezumpsiyası prinsipinə riayət edilməsinə dair hesabat hazırlamağı xahiş edib. Özəl sahədə çalışan Azərbaycanın veteran hüquqşünaslarından ibarət bir qrup müxtəlif metodlardan istifadə etməklə Azərbaycanda təqsirsizlik prezumpsiyasının qorunmasının keyfiyyətinə dair araşdırmalar aparıb, yekun hesabat hazırlayıblar.

Hesabatda təqsirsizlik priziumpsiyası ümumi konteksdə şərh edilir, bu prinsipin beynəlxalq hüquqda təsbiti haqqında danışılır, Azərbaycan qanunvericiliyində əks olunması, təcrübədə hansı formada tətbiq edilməsi göstərilir, sonda nəticə və bir neçə bənddən ibarət tövsiyələr verilir.

Xəbər lenti

Xəbər lenti