Sentyabrın 23-də Stokholmda İran əleyhinə keçirilən etiraz aksiyasından sonra Demokratik Dünya Azərbaycanlıları Konqresinin sədr müavini, İrandan mühacir Abdulla Əmir Haşimi ürək infarktı keçirib. Bu barədə Trend ə Demokratik Dünya Azərbaycanlıları Konqresindən (DDAK) məlumat verilib.
Qeyd edək ki, İranda sentyabrın 23-də yeni dərs ili başlanılır və digər xalqlar kimi yüz minlərlə azərbaycanlı da fars dilində məcburi təhsil alır. İranda yaşayan çoxmilyonlu azərbaycanlının öz ana dilində təhsil ala bilməməsinə, milli, mədəni, təhsil hüquqlarından məhrum edilməsinə etiraz olaraq İrandan başqa müxtəlif ölkələrdə, o cümlədən İsveçin Stokholm şəhərində İran səfirliyi qarşısında mitinq keçirilib.
Abdulla Əmir Haşimi (Cavanşir Əmir Haşimi) həmin mitinqdən sonra gözlənilmədən infarkt keçirib. Hazırda Stokholmun Karolinska Ürək Xəstəxanasına yerləşdirilən Əmir Haşiminin üzərində əməliyyat aparılır.