...

Azərbaycanın basketbol yığmasının kapitanı Litvanın "Albara" komandası ilə müqavilə bağlamayacaq

Cəmiyyət Materials 30 Sentyabr 2006 11:20 (UTC +04:00)

Azərbaycanın basketbol yığması və "Qala" klubunun kapitanı Tahir Baxşıyev karyerasını "NTD Servis Devon" klubunda davam etdirəcək.

Trend in xəbər verdiyi kimi, Litvanın "Albara" komandası idmançını almaqda maraqlı olmasına baxmayaraq, o, burada çıxış etməməyi və karyerasını vətənində davam etdirməyi qərara alıb. Bununla yanaşı, "NTD Servis Devon" klubu milli birincilik medallarının qazanılmasında ən real namizədlərdən biridir. T.Baxşıyevin "Albara" komandasına keçməsinə isə Azərbaycan yığmasının baş məşqçisi və Permin "Ural-Qreyt" klubunun rəhbəri Rimas Kurtinaytis himayəçilik etmək istəyirdi.

Qeyd etmək lazımdır ki, vaxtilə T.Baxşıyev eyni zamanda "Qala" klubunun oyunçusu olaraq mövsümü Superliqanın finalında oynamış "Qərb Universiteti" komandasında keçirib.

Xəbər lenti

Xəbər lenti