Azərbaycanlı at sürən Səid Musayev Tiflisdə keçirilən Qafqaz Kubokunu qazanıb. Bu çempionatda Azərbaycan və Bolqarıstandan olan idmançılar iştirak edib. Onlar gürcü atsürənlərlə yanaşı, əsas mükafat olan Qafqaz Kubokunu əldə edib. Bu barədə Trend in Tiflisdəki xüsusi müxbiri məlumat verir.
Erməni atsürənlər turnirdə iştirak edə bilməyib. Belə ki, onlar bu yaxınlarda bir partiya cavan at alıb və ciddi turnirdə iştiraka hazır olmayıb.
Azərbaycanlı atsürənlər ən yaxşı çıxış nümayiş etdirib. İki idmançımız finala düşüb. Finalda Səid Musayev Azərbaycan yığmasından olan həmkarı Veneto Tenekin öhdəsindən gələ bilib. Atsürən və onun atı bütün maneələri keçib və ona yarışın əsas mükafatı verilib.