...

Azərbaycan Ali Məhkəməsinin sədri Avstriyada oldu

Cəmiyyət Materials 30 Noyabr 2006 12:48 (UTC +04:00)

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin Avstriyaya səfəri başa çatdı. Bu barədə Trend ə Azərbaycanın Avstriyadakı səfirliyindən məlumat verilib.

R.Rzayev noyabrın 26-29 -da Avstriya Respublikası Ali Məhkəməsinin sədri Yoxan Reşutun dəvəti ilə Vyanada rəsmi səfərdə olub. Səfərin əsas məqsədi Azərbaycan və Avstriya arasında hüquq-mühafizə və məhkəmə orqanları sahəsində ikitərəfli münasibətlərin, imzalanmış memorandumları həyata keçirmək üçün əsəkdaşlığın konkret istiqamətlərinin inkişafının müzakirə olunmasından ibarət olub.

Xatırladaq ki, Avstriya və Azərbaycanın məhkəmə orqanları arasında əlaqələr 2006-cı ildə Avstriya Ali Məhkəməsinin sədri Yoxan Reşutun Azərbaycana rəsmi səfəri zamanı qurulub.

Avstriyaya səfər zamanı R.Rzayev avstriyalı həmkarı, eləcə də Avstriya Federal Parlamentinin sədri Mixael Şpindileger, federal ədliyyə naziri xanım Karin Gastinger, Avstriyanın Baş Prokuroru Ialter Preslauer, Ali İnzibati Məhkəməsinin sədri Klimens Yabloner, Federal daxili işlər nazirinin müavini Mateyas Foql və Avstriya Konstitusiya Məhkəməsinin sədr müavini Brigita Birlayn ilə görüşüb.

R.Rzayev həmçinin Avropa Məhkəməsinin sədr müavini Piter Yan ilə də görüşüb.

Xəbər lenti

Xəbər lenti