...

Azərbaycanın İşgəncələr Əleyhinə Komitəsi Quantanomadakı müsəlman məhkumların vəziyyətinə dair monitorinq aparmaq istəyir

Cəmiyyət Materials 5 Mart 2007 14:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov Kubanın Quantanoma həbsxanasında monitorinq keçirilməsi üçün ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersiyə müraciət edəcək. E. Behbudov bildirib ki, Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi İctimai Birliyinin sədri Kamil Səlimovla birgə həmin həbsxanada monitorinq keçirilməsinə icazə verilməsini səfirdən xahiş edəcəklər. Komitə sədri Quantanoma həbsxanasında məhkumların saxlanma şəraiti ilə tanış olmaq, işgəncə faktlarını araşdırmaq niyyətindədir. E. Behbudov qeyd edib ki, həbsxanada müsəlman məhkumlara qarşı işkncə faktları barədə onlarda məlumatlar var. Bununla bağlı mətbuatda kifayət qədər məlumat verilib və sənədli film də çəkilib.

Xəbər lenti

Xəbər lenti