...

Artıq 12 ölkə bodibildinq üzrə Bakıda keçiriləcək Avro-2007-də iştirak etmək üçün müraciət edib

Cəmiyyət Materials 6 Mart 2007 16:04 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ May ayının əvvəllərində Bakıda keçiriləcək bodibildinq, bodifitnes, qarışıq cütlüklər üzrə Avropa çempionatında iştirakçı ölkələrin sayı artmaqda davam edir.

Milli Federasiyanın prezidenti Rauf Bünyatəliyevin Trend ə verdiyi məlumata görə, yarışda iştirak etmək üçün artıq 12 dövlət müraciət edib. Onların arasında Hollandiya, Avstriya, İtaliya, Slovakiya, İngiltərə, Fransa, Bolqarıstan, Rumıniya, Estoniya, Litva, Gürcüstan və Moldova var. "Çempionatda yarış iştirakçıların ümumi sayı 2001-ci ilin əvvəllərində burada keçirilən Avropa birinciliyində olduğundan daha da artaraq rekord həddə çatıb. Bu aydındır, çünki o vaxt yarış təkcə bodibildinq üzrə keçirilirdi, indi isə yarışın tərkibinə iki idman növü də daxil olub ",- deyə R.Bünyatəliyev qeyd edib. Bildirək ki, əvvəlcə H.Əliyev adına sarayda keçirilməsi planlaşdırılan yarış sarayın təmirə dayanması səbəbindən bina İdman Sarayı ilə əvəz edilib.

Xəbər lenti

Xəbər lenti