...

Bakı Təhsil İdarəsi bağça müdirləri üçün seminar keçirib

Cəmiyyət Materials 16 Mart 2007 18:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) paytaxtda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələri ilə bağlı tədbirlər keçirib. BŞTİ-nin əməkdaşları bağça müdirləri üçün "Məktəbəqədər müəssisələrdə sənədləşmənin aparılması və saxlanılması" mövzusunda seminar təşkil edib. Martın 16-da keçirilən seminarda bağça müdirlərinə kargüzarlıq, əmrlərin tərtibi, əmək müqavilələrinin bağlanma qaydaları, əmək və sosial məzuniyyət məsələləri ilə bağlı məlumatlar verilib.

BŞTİ həmçinin məktəbəqədər təhsil müəssisələrindəki problemlərin həlli istiqamətində

İnkişaf Proqramı hazırlamağı nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti