...

"Nota bene" qəzetinin əməkdaşlarının apellyasiya şikayətinə baxılıb

Cəmiyyət Materials 3 Aprel 2007 14:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə bu gün "Nota bene" qəzetinin əməkdaşı Fərəməz Novruzoğlunun və qəzetin baş redaktoru Sərdar Əlibəylinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Hakim Hüseynov çərşənbə axşamı Trend ə bildirib ki, prosesdə təqsirləndirilənlərin ifadələri dinlənilib. Onlar ifadələrində bildiriblər ki, daxili işlər naziri Ramil Usubova və Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimova qarşı heç bir qərəzləri olmayıb və məqalə də qərəzsiz yazılıb.

Növbəti məhkəmə iclası aprelin 10-a təyin olunub.

Novruzoğlu və Əlibəyli Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli biliniblər. Nərimanov rayon məhkəməsi daxili işlər naziri Ramil Usubovun və Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun iddiaları əsasında Novruzoğlunu 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Əlibəylini isə 6 ay müddətinə islah işlərinə məhkum edib.

Xəbər lenti

Xəbər lenti