...

Səhiyyə naziri Gəncə xəstəxanalarının vəziyyətindən narazı qalıb

Cəmiyyət Materials 5 İyun 2007 16:38 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasındakı şəraitdən narazı qalıb. Trend in bölgə müxbirinin verdiyi məlumata görə, Şirəliyev gözlənilmədən Gəncəyə gəlib və şəhərin tibb ocaqlarına baxış keçirib. Nazir Gəncə Tibb Məktəbində də olub.

Məlumata görə, yaxın günlərdə Gəncənin səhiyyə sistemində islahatların aparılması gözlənilir.

Nazir səfər çərçivəsində Xanlar və Daşkəsən rayonlarında da olub. Şirəliyev Xanlar və Daşkəsən rayonlarında yeni xəstəxana binalarının tikinti işləri ilə maraqlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidməti Şirəliyevin həmin rayonlara səfər etdiyini təsdiqləyib.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti