...

Bədii gimnastika üzrə Rusiya yığmasının məşqçisi: "Heyətin tərkibində hər dəqiqə dəyişiklik edə bilərəm"

Cəmiyyət Materials 14 İyun 2007 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcək bədii gimnastika üzrə Rusiya yığmasının heyətində dəyişikliklər ola bilər.

"allsport.ru" saytının verdiyi məlumata görə, komandanın baş məşqçisi İrina Viner qeyd edib ki, onun gimnastlarının mümkün 5 qələbədən 4-nü qazandığı Holon Qran-pri mərhələsi qitə birinciliyi üçün əsas məşq olub.

"Bu müddət ərzində bizim rəsmi turnirlərdə iştirakımız olmayacaq. Hesab edirəm ki, Holonda təqdim etdiyimiz proqramda dəyişiklik edilməyəcək, bu qısa vaxt ərzində biz bunu etməyə də hazırlaşmırıq. Bu o demək deyil ki, bizdə hər şey həll olunub. Mən idi qızlara elə beləcə də demişəm: Bu iki həftə boyunca gözüm üzərinizdədir. Özünüzü pis aparsanız, dərhal Yevgeni Kanayeva ilə əvəz edəcəm. Bir addım sağa, ya sola, Bakıya başqa qız gedir. Elə bilirsiniz mən zarafat edirəm? Elə şey yoxdur. Avropa çempionatının qaydaları imkan verir ki, heyətdə ən son anda belə dəyişiklik olunsun. Mən də bundan istifadə etməyə hazıram".

Qeyd etmək lazımdır ki, Rusiya yığmasının tərkibinə 2004-cü il olimpiya çempionu Alina Kabayeva, Avro-2006-nın çempionu Vera Sesina və 2004-cü il dünya çempionu Olqa Kapranova daxildir.

Xəbər lenti

Xəbər lenti