...

Bakıda Amerkanın "Dina Preston" qrupu çıxış edəcək

Cəmiyyət Materials 12 İyul 2007 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyul /müx.TrendLife Eldar Hüseynzadə/Amerikanın "Dina Preston" musiqi kollektivi Azərbaycanda bir neçə konsert proqramı ilə çıxış edəcək. TrendLife-ın verdiyi məlumata görə, onlar iyulun 16-da Şəkidə, 17-də Qəbələdə, 18-də isə Sumqayıtda ifa edəcəklər. Konsertlər pulsuz olacaq. Onların çıxışlarına təşkilati dəstəyi ABŞ-ın Azərbaycandakı səfiri, Bakı Caz Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi verir.

"Dina Preston" caz, rok, blyüz stilində musiqilər ifa edəcək. Onu da qeyd edək ki, Azərbaycana qədər onlar Ermənistanda konsert verəcəklər.

Xəbər lenti

Xəbər lenti