...

Dövlətə xəyanətdə təqsirli bilinən Elmlər Akademiyası əməkdaşının həbs müddəti uzadılıb

Cəmiyyət Materials 14 Avqust 2007 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Dövlətə xəyanətdə təqsirli bilinən "Tolışi sədo" qəzetinin əməkdaşlarının həbs müddəti daha 3 ay uzadılıb. Onların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Hilal Məmmədov çərşənbə axşamı Trend ə bildirib ki, avqustun 3-də Səbail rayon məhkəməsi qəzetin baş redaktoru, Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun bölmə müdiri Novruzəli Məmmədov və qəzetin məsul katibi Elman Quliyevin iştirakı olmadan bu barədə qərar qəbul edib.

H.Məmmədovun sözlərinə görə, bu cinayət işi üzrə heç bir istintaq hərəkəri aparılmır. N.Məmmədov həbsdə olduğu müddətdə istintaq tərəfindən 2 dəfə dindirilib. Müdafiə Komitəsinin sədri həmçinin qeyd edib ki, təqsirləndirilən şəxslərə ailələri ilə görüşməyə icazə verilmir. Onlar saxlanma şəraitindən narazı olmasa da, komitə sədri N.Məmmədovun səhhəti ilə bağlı bəzi problemlərin olduğunu deyib.

N.Məmmədov və Quliyev bu il fevralın əvvəllərində həbs olunublar. Hazırda Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılan şəxslər Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilirlər.

Xəbər lenti

Xəbər lenti