...

Tacikistana qarşı oyunda meydana çıxacaq Azərbaycan yığmasının heyəti müəyyənləşdirilib

Cəmiyyət Materials 17 Avqust 2007 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müx. Z.Səfərov/ Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi Şahin Diniyev avqustun 22-də Düşənbədə Tacikistan yığmasına qarşı yoldaşlıq matçında meydana çıxacaq heyəti müəyyənləşdirib.

Komandanın çalışdırıcısı ötən mövsümün ən yaxşı bombardirlərindən biri olmuş "İnter"in forvardı Xaqani Məmmədovun xidmətlərindən yararlanmaq qərarına gəlib. Hücumda həmçinin "Neftçi"də çıxış edən Samir Əliyevlə Branimir Subaşiç yer alacaq. Güman olunur ki, onlar Düşənbədəki görüşdə start heyətə daxil ediləcək.

Yarımmüdafiə xətti oyunçuların əksəriyyəti isə "Xəzər"in nümayəndələridir. Bu, Elmar Bəxşiyev, Emin Quliyev, Alim Qurbanov və Ceyhun Sultanovdur. Onlar taciklərə qarşı oyunda komandanın özəyini təşkil etməlidir. Diniyev yığmaya həmçinin Polşanın "Qrotslin" klubuna keçidi reallaşan Saşa Yunisoğlunu dəvət edib.

Xəbər lenti

Xəbər lenti