...

İran prezidenti və Qafqaz müsəlmanlarının dini lideri islam dünyası problemlərinin həlli yollarını müzakirə ediblər

Cəmiyyət Materials 22 Avqust 2007 13:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ İran prezidenti Mahmud Əhmədinejad və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadə bölgədə sülhün və sabitliyin bərqərar olmasında maraqlı olduqlarını ifadə ediblər. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat katibi Akif Ağayevin bildirdiyinə görə, bu kimi məsələləri İran prezidenti ilə QMİ rəhbəri çərşənbə günü Əhmədinejadın Azərbaycana səfəri zamanı müzakirə ediblər.

Onun sözlərinə görə, Qafqaz müsəlmanlarının dini lideri islam dünyası problemlərinin həllinin, Dağlıq Qarabağ, Fələstin, İraq kimi islam dövlətlərinin ərazilərində mövcud münaqişələrin nizamlanmasının vacibliyini vurğulayıb.

İran prezidenti isə Şeyxülislamın islamın, xalqların milli və dini dəyərlərin qorunması və inkişafındakı rolunu yüksək qiymətləndirib.

Əhmədinejad həmçinin QMİ rəhbərini əmin edib ki, İran tərəfi Həcc və Məşhədə yollanan azərbaycanlı zəvvarlara yardım göstərəcək.

İran prezidenti Azərbaycana çərşənbə axşamı, avqustun 21-də rəsmi səfərə gəlib. Həmin gün o, azərbaycanlı həmkarı ilə danışıqlar aparıb. Bundan sonra bir sıra iikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib.

Xəbər lenti

Xəbər lenti