...

Azərbaycanın "Kəpəz" və Fransanın "Oser" klubları arasında əməkdaşlıq barədə protokol imzalanıb

İdman Materials 21 May 2012 12:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may /Trend/

Azərbaycanın "Kəpəz" və Fransanın "Oser" klubları arasında əməkdaşlıq barədə protokol imzalanıb.

Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, sənəd AFFA-nın baş katibi Elxan Məmmədovun və Gəncə Futbol Federasiyasının sədri Xanlar Fətiyevin iştirakı ilə imzalanıb.

Qeyd edək ki, Azərbaycan və Fransanın regionları arasında sosial, iqtisadi, mədəni əlaqələrin inkişafı məqsədilə tərkibinə İqtisadi İnkişaf Nazirliyinin, Gəncə, Göygöl, Balakən, Şəmkir şəhərlərinin İcra hakimiyyətlərinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Azərbaycan İnvestisiya və İxracatın Təşviqi Fondunun rəhbərliyinin, Azərbaycan Futbol Federasiyası Assosiasiyasının baş katibi Elxan Məmmədovun, Milli Məclisin depuatı, Gəncə Futbol Federasiyasının sədri Xanlar Fətiyevin və digər rəsmi şəxslərin daxil olduğu Azərbaycan nümayəndə heyəti Fransanın Burqundiya əyalətinin Yon bölgəsində səfərdədir.

Səfər proqramı çərçivəsində sosial, iqtisadi, mədəni əlaqələrin inkişafını özündə ehtiva edən 4 sənəd imzalanıb.

Xəbər lenti

Xəbər lenti