...

"Qəbələ" "Qalatasaray"la, "Qarabağ" isə "Feyenoord"la bacarmadı

İdman Materials 31 May 2012 20:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend/

Bu gün 15 yaşadək futbolçular arasında I Qəbələ kuboku turniri çərçivəsində "Qəbələ" ikinci oyununu Türkiyənin "Qalatasaray" klubuna qarşı keçirib. Matç 0:2 hesabı ilə türkiyəlilərin xeyrinə başa çatıb.

Trend-in məlumatına görə, digər qarşılaşmada isə "Qarabağ" "Feyenoord"a (Niderland) məğlub olub (0:1).

Qeyd edək ki, "A" qrupunda mübarizə aparan "Qəbələ" bundan əvvəl Danimarkanın "Brondbü" klubuna 6:2 hesabı ilə qalib gəlmişdi. "B" qrupunda çıxış edən "Qarabağ" isə İspaniyanın "Levante" komandasına məğlub olmuşdu (1:2).

İyunun 4-dək davam edəcək yeniyetmə futbolçular arasında keçirilən beynəlxalq turnirə 8 klub qatılıb.

"A" qrupu

"Qəbələ" - "Brondbü" - 6:2
"Qalatasaray"- "Villareal" - 1:1
"Qəbələ" - "Qalatasaray" - 0:2
20:30. "Brondbü" - "Villareal"

"B" qrupu

"Qarabağ" - "Levante" - 1:2
"Feyenoord" - "Serbiya NT" - 0:5
"Qarabağ" - "Feyenoord" - 0:1
20:30. "Levante" - "Serbiya NT"

Xəbər lenti

Xəbər lenti