...

AFFA rəhbərliyindən "Neftçi" və "Bakı" oyununda baş verən dava ilə bağlı məsələyə sərt reaksiya gəldi

İdman Materials 8 İyun 2012 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir E.Mehdiyev/

İyunun 7-də AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da "Neftçi" və "Bakı" komandaları arasında "Kapital Bank U-15 Liqa"nın final oyunu keçirilmiş, "Neftçi" komandasının 1:0 hesablı qələbəsi ilə başa çatmış oyundan sonra hər iki klubun futbolçuları, inzibati işçiləri və bəzi rəhbər şəxslərinin iştirakı ilə kütləvi dava-dalaş baş verib.

Trend-in məlumatına görə, hadisə ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədov qurumun rəsmi saytına açıqlamasında deyib ki, "Kapital Bank U-15 Liqa"nın final oyunundan sonra baş vermiş hadisələri kəskin şəkildə pisləyir və bunları futbola, idman prinsiplərinə qəti şəkildə yaraşmayan əməllər kimi dəyərləndirir.

"Neftçi" və "Bakı" klubları arasında baş vermiş dava-dalaşda iştirak etmiş, günahkar olan futboçular, inzibati işçilər və rəhbər şəxslərin hər biri AFFA-nın İntizam Komitəsi tərəfindən İntizam qaydalarının tələbləri çərçivəsində ən sərt şəkildə cəzalandırılacaqlar" Məmmədov deyib.

Xəbər lenti

Xəbər lenti