...

Yeniyetmə güləşçilərimiz Avropa çempionatına Qubada hazırlaşırlar

İdman Materials 10 İyul 2012 10:48 (UTC +04:00)
İyulun 17-22-də Polşada keçiriləcək Avropa, avqustun 21-27-də isə Bakıda təşkil olunacaq dünya birinciliyinə hazırlaşan yeniyetmələrdən ibarət sərbəst güləş yığmamızın Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı davam edir.
Yeniyetmə güləşçilərimiz Avropa çempionatına Qubada hazırlaşırlar

Azərbaycan, Bakı, 10 iyul /Trend/

İyulun 17-22-də Polşada keçiriləcək Avropa, avqustun 21-27-də isə Bakıda təşkil olunacaq dünya birinciliyinə hazırlaşan yeniyetmələrdən ibarət sərbəst güləş yığmamızın Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı davam edir.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzov və məşqçilər Vahid Məmmədovla Sirajdin Eldarovun rəhbərliyi altında hazırlıq keçən komandaya ümumilikdə 18 idmançı cəlb olunub.

Bundan başqa, qeyd olunan təlim-məşq toplanışında təqvim planına əsasən, ölkə yığma komandası ilə birgə, Dağıstanın Xasavyurt şəhərindən 7 idmançı və 1 məşqçi də iştirak edir.

Avropa birinciliyində iştirak edəcək yığmalarımızın yekun heyəti qarşıdakı günlərdə açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti