...

Millimiz 3 yoxlama oyunu keçirəcək

İdman Materials 25 Yanvar 2013 16:45 (UTC +04:00)
Yanvarın 22-dən etibarən futzal üzrə Azərbaycan milli komandası Rusiyanın paytaxtı Moskvada təlim-məşq toplanışındadır.
Millimiz 3 yoxlama oyunu keçirəcək

Azərbaycan, Bakı, 25 yanvar /Trend/

Yanvarın 22-dən etibarən futzal üzrə Azərbaycan milli komandası Rusiyanın paytaxtı Moskvada təlim-məşq toplanışındadır.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, millimiz hazırlıq prosesi çərçivəsində 3 yoxlama oyunu keçirəcək.

Futzalçılarımız yanvarın 28-də, saat 18:00-da və yanvarın 29-da, saat 19:00-da Rusiyanın U-21 yığması, yanvarın 31-də, saat 13-də isə "Norilski Nikel" klubu ilə qarşılaşacaq.

Oyunlar "Akvarium" İdman Kompleksində olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti