...

"Borussiya" finala çıxdı

İdman Materials 1 May 2013 02:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /Trend/

Bu gün Çempionlar Liqasının ilk finalçısı məlum olub. Trend-in məlumatına görə, ilk oyun günündə Madridin "Real" klubu Dortmund "Borussiya"sını qəbul edib.

Bu komandalar arasında ilk görüş Almaniya təmsilçisi "Borussiya"nın 4:1 hesablı qələbəsi ilə başa çatmışdı. Ona görə də, finala çıxmaq şansı qonaqların tərəfində idi. Madridlilər isə finala çıxmaq üçün rəqib qapısına ən azı üç cavabsız top vurmalı idi.

Lakin Mourinyonun komandasının iki top vurmağa gücü çatıb. Beləliklə "Borussiya" 0:2 hesabı ilə uduzmağına baxmayaraq, iki oyunun nəticəsinə görə finala çıxıb.

"Real" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya) - 2:0

Məqalədə:
Xəbər lenti

Xəbər lenti