...

“Barselona” Honda ilə maraqlanır

İdman Materials 2 İyul 2013 09:48 (UTC +04:00)
İspaniyanın “Barselona” klubu Rusiyanın “MOİK” klubunun yarımmüdafiəçisi Keysuke Honda ilə maraqlanır.
“Barselona” Honda ilə maraqlanır

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir E.Tanrıverdiyev/

İspaniyanın "Barselona" klubu Rusiyanın "MOİK" klubunun yarımmüdafiəçisi Keysuke Honda ilə maraqlanır. Trend-in məlumatına görə, bu barədə "El Mundo Deportivo" qəzeti xəbər yayıb.

Kataloniya klubu Yaponiya millisinin 27 yaşlı futbolçuya İngiltərənin "Mançester Yunayted" klubuna keçməyə yaxın olan Tiaqo Alkantaranın alternativi kimi baxır.

Daha əvvəl məlumat yayılmışdı ki, Honda İtaliyanın "Milan" klubu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Futbolçu ilə o cümlədən "Everton", "Tottenhem", "Fənərbağça" klubları da maraqlanırlar.

Məlumatlara görə, "MOİK" Hondanın satışından 2-7 milyon avro gəlir əldə etmək istəyir.

Xatırladaq ki, 27 yaşlı Hondanın hərbçilərlə müqaviləsinin müddəti yarım ildən sonra bitir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti