...

Bakıda motorlu qayıq üzrə "Qran Pri" yarışları start götürüb (FOTO)

İdman Materials 6 İyul 2013 14:30 (UTC +04:00)
Bakıda keçirilən UIM F2 Dünya motorlu qayıq çempionatının ikinci mərhələsi olan "Bakı Qran Pri" yarışlarının əsas məqamları bu gün start götürüb.
Bakıda motorlu qayıq üzrə "Qran Pri" yarışları start götürüb (FOTO)

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir E.Mehdiyev/

Bakıda keçirilən UIM F2 Dünya motorlu qayıq çempionatının ikinci mərhələsi olan "Bakı Qran Pri" yarışlarının əsas məqamları bu gün start götürüb.

Trend-in məlumatına görə, yarışın əsas məqamları iyulun 6-da keçirilən "time trials" və "Speed Record and Match Race"dir. Yarışda 12 ölkədən 20 komanda iştirak edir.

"Bakı Qran Pri" yarışması Azərbaycan hökuməti və Gənclər və İdman Nazirliyinin dəstəyi, Ümumdünya Motorlu Qayıq Assosiasiyasının (UIM) himayəsi, Azərbaycan Motorlu Qayıq Assosasiyasının yardımı və "S2 Sport Sicurezza"nın təşkilatçılığı ilə baş tutur.

Bu yarışma 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarının başlanmasına qədər baş tutacaq beynəlxalq yarışlardan birincisidir.

"Bakı Qran Pri" yarışması iyulun 7-də başa çatacaq və qaliblər müəyyənləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti