Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir E.Tanrıverdiyev/
Hücumçu Milan Baroş Türkiyə super liqasına geri dönüb. Türkiyənin "Qalatasaray" klubunu tərk etməsindən yarım il sonra 31 yaşlı Baroş "Antalyaspor"la iki illik müqavilə bağlayıb. Trend-in məlumatına görə, bu barədə Tükiyə klubunun rəsmi "Twitter" səhifəsində qeyd olunub.
Xatırladaq ki, ötən mövsümün ikinci yarısını Baroş Çexiyanın "Banik" klubunda keçirib.