...

"Qarabağ" turnir cədvəlinin vahid lideri oldu

İdman Materials 27 Oktyabr 2013 21:21 (UTC +04:00)
Bu gün Premyer Liqada 11-ci turun son və mərkəzi qarşılaşmasında "Xəzər Lənkəran" "Qarabağ"ı qəbul edib.
"Qarabağ" turnir cədvəlinin vahid lideri oldu

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Bu gün Premyer Liqada 11-ci turun son və mərkəzi qarşılaşmasında "Xəzər Lənkəran" "Qarabağ"ı qəbul edib.

Trend-in məlumatına görə, oyun Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları 22 və 65-ci dəqiqələrdə Reynaldo, 73-cü dəqiqədə isə Gelaşvili vurub. Bununla da xallarını 24-ə çatdıran "Qarabağ" turnir cədvəlinin vahid lideri olub.

"Neftçi" və "Qəbələ" klubları isə 22 xalla ikinci və üçüncü yerləri bölüşdürürlər.

Xəbər lenti

Xəbər lenti