Püşkatmanın nəticələri əlavə olunub (ilk xəbər saat 16:14-də yayılıb)
Azərbaycan, Bakı, 29 avqust /Trend/
Bu gün Fransanın Monako şəhərində UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib.
Trend-in məlumatına görə, püşkatmanın nəticəsinə əsasən, Azərbaycanı bu turnirdə təmsil edən Ağdamın "Qarabağ" klubu F qrupunda İtaliyanın "İnter", Ukraynanın "Dnepr" və Fransanın "Sent-Etyen" komandaları ilə qarşılaşacaq.
Püşkün nəticələri:
A qrupu
"Vilyareal" (İspaniya)
"Borussiya" (Mönhenqladbax, Almaniya)
"Sürix" (İsveçrə)
"Apollon" (Kipr)
B qrupu
"Kopenhagen" (Danimarka)
"Brügge" (Belçika)
"Torino" (İtaliya)
"Helsinki" (Finlandiya)
C qrupu
"Tottenhem" (İngiltərə)
"Beşiktaş" (Türkiyə)
"Partizan" (Serbiya)
"Asteras Tripolis" (Yunanıstan)
D qrupu
"Zalsburq" (Avstriya)
"Seltik" (Şotlandiya)
"Dinamo" (Zaqreb, Xorvatiya)
"Astra" (Rumıniya)
E qrupu
PSV Eyndhoven (Hollandiya)
"Panatinaikos" (Yunanıstan)
"Eştoril" (Portuqaliya)
"Dinamo" (Moskva, Rusiya)
F qrupu
"İnter" (İtaliya)
"Dnepr" (Ukrayna)
"Sent-Etyen" (Fransa)
"QARABAĞ" (Azərbaycan)
G qrupu
"Sevilya" (İspaniya)
"Standard" (Belçika)
"Feyenord" (Hollandiya)
"Riyeka" (Xorvatiya)
H qrupu
"Lill" (Fransa)
"Volfsburq" (Almaniya)
"Everton" (İngiltərə)
"Krasnodar" (Rusiya)
I qrupu
"Napoli" (İtaliya)
"Sparta" (Çexiya)
"Yanq Boys" (İsveçrə)
"Slovan" (Slovakiya)
J qrupu
"Dinamo" (Kiyev, Ukrayna)
"Styaua" (Rumıniya)
"Rio Ave" (Portuqaliya)
"Olborq" (Danimarka)
K qrupu
"Fiorentina" (İtaliya)
PAOK (Yunanıstan)
"Genqam" (Fransa)
"Dinamo" (Minsk, Belarus)
L qrupu
"Metalist" (Ukrayna)
"Trabzonspor" (Türkiyə)
"Legiya" (Polşa)
"Lokeren" (Belçika)
Qeyd edək ki, qrup mərhələsinin oyun cədvəli püşkdən bir saat sonra müəyyənləşəcək. Bu mərhələnin oyunları 18 sentyabr, 2-23 oktyabr, 6-27 noyabr və 11 dekabr tarixlərində keçiriləcək.