...

Ruslar Azərbaycanı əsas rəqib hesab edirlər

İdman Materials 3 Noyabr 2014 19:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

Bu ay Moskvada keçiriləcək yunan-Roma güləşi üzrə Avropa Millətlər Kubokunda rusiyalıların əsas rəqibi Türkiyə və Azərbaycan yığmaları olacaq. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın yunan-Roma güləşi üzrə yığmasının baş məşqçisi, beşqat dünya çempionu Qoqi Koquaşvili deyib.

Bununla belə, o, heç kəsdən qorxmadıqlarını bildirib: "Biz qələbəyə köklənmişik və istənilən rəqibə qalib gəlməyə hazırıq".

Qeyd edək ki, turnir noyabrın 7-9-da Moskvada keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti