...

Marina Durunda: "Qarşıda bizi olimpiada gözləyir"

İdman Materials 22 İyun 2015 22:12 (UTC +04:00)
"Azərbaycanı I Avropa Oyunlarında layiqincə təmsil etmək mənim üçün böyük fəxr və qürurdur".
Marina Durunda: "Qarşıda bizi olimpiada gözləyir"

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir Vüqar İmanov/

"Azərbaycanı I Avropa Oyunlarında layiqincə təmsil etmək mənim üçün böyük fəxr və qürurdur".

Bunu Trend-ə Oyunların bədii gimnastika yarışlarında lentlə hərəkətlərdə gümüş medal qazanmış Marina Durunda deyib.

Onun sözlərinə görə, medalını bütün Azərbaycana, Gimnastika Federasiyasına, məşqçilərinə, yaxınlarına, azarkeşlərə həsr edir.

M.Durunda bildirib: "Məşq üçün bizə əla şərait yaradılmışdı, hər şey yüksək səviyyədə təşkil edilmişdi. Bu böyük əməyin bəhrələrini gördüyümü görə çox xoşbəxtəm. Rio-de-Janeyro olimpiadasına lisenziya qazanmaq üçün bizi qarşıda çətin yol gözləyir".

Xəbər lenti

Xəbər lenti