...

PAOK-un baş məşqçisi: "Məğlub ola da bilərdik"

İdman Materials 18 Sentyabr 2015 01:02 (UTC +04:00)
“Komandam yaxşı oynadı. Rəqiblə müqayisədə daha üstün idik”.
PAOK-un baş məşqçisi: "Məğlub ola da bilərdik"

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

"Komandam yaxşı oynadı. Rəqiblə müqayisədə daha üstün idik".

Trend-in məlumatına görə, bu sözləri PAOK-un baş məşqçisi İqor Tudor Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə oyundan (0:0) sonra keçirilən mətbuat konfransında deyib.

O, "Qəbələ" ilə heç-heçəni yaxşı nəticə saydığını bildirib:"Əlbəttə, Bakıya qələbə üçün gəlmişdik. Ancaq səfərdə "Qəbələ" kimi klubla oynamaq elə də asan deyil. Məğlub ola da bilərdik. Buna görə də bir xalı da yaxşı nəticə hesab etmək olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti