...

Daha 3 idmançımız növbəti mərhələdə

İdman Materials 12 Aprel 2016 15:00 (UTC +04:00)
Türkiyənin Samsun şəhərində boks üzrə Rio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış davam edir.
Daha 3 idmançımız növbəti mərhələdə

Trend-i buradan izləyin

Bakı. Trend:

Türkiyənin Samsun şəhərində boks üzrə Rio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış davam edir.

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, turnirin 3-cü günündə rinqə 4 həmyerlimiz çıxıb. Qadınların yarışında 60 kq çəki dərəcəsində mübarizə aparan Yana Alekseyevna türkiyəli rəqibi Gülsüm Tatarı məğlub edərək növbəti mərhələyə adlayıb.

Digər qadın boksçumuz, 75 kq çəki dərəcəsində mübarizə aparan Yelena Vstropova da türkiyəli boksçu ilə qarşılaşıb. Gərgin keçən döyüşdə Sema Çalışkan qələbə qazanıb. Kişi boksçularımıza gəlincə, 64 kq çəki dərəcəsində döyüşən, Avropa Oyunlarının qalibi Lorenso Sotomayor irlandiyalı Din Volşla görüşdən qalib ayrılaraq növbəti mərhələyə adlayıb.

Ən ağır çəkidə mübarizə aparan ikiqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov da irland boksçu ilə qarşılaşıb. M.Məcidov bu görüşdə qalib gələrək növbəti mərhələyə adlayıb. Qeyd edək ki, qalib gələn idmançılarımız 1/4 finala yüksəlib.

Xatırladaq ki, yarış aprelin 17-də yekunlaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti