...

Avro-2016: Rusiya qrupda qaldı (FOTO)

İdman Materials 21 İyun 2016 01:03 (UTC +04:00)
Fransada futbol üzrə Avropa çempionatının qrup mərhələsi davam edir
Avro-2016: Rusiya qrupda qaldı (FOTO)

Bakı. Trend:

Fransada futbol üzrə Avropa çempionatının qrup mərhələsi davam edir.

Trend-in məlumatına görə, Rusiya millisi Uelslə qarşılaşıb. Rəqibinə 0:3 hesabı ilə uduzan Rusiya yığması qrupda qalıb. Uels millisi isə bu görüşdə qazandığı qələbə ilə xalını 6-ya yüksəldib və qrupu lider başa vurub.

Qollar: Aaron Remzi, 11, Neil Taylor, 20, Qaret Beyl, 67 (0:3)

Qrupun digər oyununda İngiltərə və Slovakiya milliləri üz-üzə gəlib. Bu matçda qapılara qol vurulmayıb. Bu heç-heçə İngiltərəyə qrupdan çıxmaq şansı verib. İngilislər Uelsin ardından qrup ikincisi kimi 1/8 finala adlayıb.

Xəbər lenti

Xəbər lenti