...

Stolüstü tennis üzrə respublika turnirinə yekun vurulub (FOTO)

İdman Materials 28 İyun 2016 19:00 (UTC +04:00)
İyunun 25-də “Şüa” İdman – Sağlamlıq Kompleksində Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə keçirilən stolüstü tennis üzrə 2006-cı il təvəllüdlü və daha kiçik yaşlı oğlan və qızlar arasında keçirilən “Olimpiya ümidləri” respublika turnirinə yekun vurulub.
Stolüstü tennis üzrə respublika turnirinə yekun vurulub (FOTO)

Bakı. Trend:

İyunun 25-də “Şüa” İdman – Sağlamlıq Kompleksində Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə keçirilən stolüstü tennis üzrə 2006-cı il təvəllüdlü və daha kiçik yaşlı oğlan və qızlar arasında keçirilən “Olimpiya ümidləri” respublika turnirinə yekun vurulub.

Bu barədə Trend-ə federasiyadan məlumat verilib.

Turnirin qalibləri:

Qızlar arasında

1 ci yer - Aslanova Arzu ( Məşqçi Hidayətzadə Elnur )
2 ci yer - Əliyeva Banu ( Məşqçi Əliyev Tahir )
3 cü yer - Adilova Zarxala ( Məşqçi Ruqiyə Qubuşova )
3 cü yer - Mahmudova Nigar ( Məşqçi Teymur Məmmədov )

Oğlanlar arasında

1 ci yer - Əhmədzadə Adil ( Məşqçi Qulu Quliyev )
2 ci yer - Becanov Xaliq ( Məşqçi Əli Məmmədov)
3 cü yer - Eyazov Hüseyn ( Məşqçi Elnur Hidayətzadə)
3 cü yer - Məmmədbəyov Hacımurad ( Məşqçi Firəngiz Vahabova)

Qaliblər Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, “Olimpiya ümidləri” respublika turnirinə iyunun 22-də start verilib və yarışın keçirilməsində məqsəd Azərbaycan Stolüstü Tennis Federasiyası ilə müqavilə bağlamış məşqçilərin işinin, onların yetirmələrinin səviyyələrinin yoxlanılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti