İlk xəbər saat 16:21-də yayılıb
Bakı. Trend:
Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.
Trend-in məlumatına görə, ilk görüş MOİK və "Sumqayıt" komandaları arasında baş tutub.
I Divizion təmsilçisi sumqayıtlılara 75 dəqiqə müqavimət göstərə bilib. Lakin 76-cı dəqiqədə Məhəmməd Qurbanov meydan sahiblərinin qapısından qol keçirib. 6 dəqiqə sonra Amil Yunanov "Sumqayıt"ın qələbəsini dəqiqləşdirib - 0:2.
Digər qarşılaşmada "İnter" "Qaradağ Lökbatan"ı darmadağın edib. Qollar: 13' Rauf Əliyev, 51' Ruslan Abışov (p.), 53' Rauf Əliyev, 60' Ağabala Ramazanov, 76' Ruslan Abışov [5-0], 90+1' Məhəmməd Alıyev [5-1]
AZAL da böyük hesablı qələbə qazanıb. "Təyyarəçi"lər "Rəvan"ın qapısından 4 cavabsız top keçiriblər.
Günün son oyunu Bakıda keçirilib. "Neftçi" I Divizion təmsilçisi "Şərurspor"u qəbul edib. Qarşılaşma Fəhmin Muradbəyli və Məqsəd İsayevin qolları sayəsində paytaxt klubunun qələbəsi ilə başa çatıb - 2:0.