...

Azərbaycan Kubokunda 1/4 finalçılar müəyyənləşdi

İdman Materials 29 Noyabr 2017 18:04 (UTC +04:00)
Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
Azərbaycan Kubokunda 1/4 finalçılar müəyyənləşdi

Bakı. Trend:

Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Trend-in məlumatına görə, ikinci oyun günündə 6 qarşılaşma keçirilib. Bütün oyunlarda yenə də Premyer Liqa təmsilçiləri üstün olub.

Bununla 1/4 finala yüksələn komandalar məlum olub:

"Neftçi" 5-0 "Zaqatala"
"Qarabağ" 2-0 "Qaradağ Lökbatan"
"Qəbələ" 8-0 "Mil-Muğan"
"Şüvəlan" 1-2 "Səbail"
"Zirə" 3-0 "Xəzər"
MOİK 0-3 "Keşlə"
"Kəpəz" 3-0 "Binə"
"Sumqayıt" 3-0 "Sabah"

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları dekabrın 10-11-də, cavab matçları isə 14-15-də baş tutacaq:

"Qəbələ" – "Səbail"
"Zirə" – "Neftçi"
"Keşlə" – "Kəpəz"
"Qarabağ" – "Sumqayıt"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti