...

Azərbaycan Kuboku: "Keşlə" yarımfinalda

İdman Materials 14 Dekabr 2017 15:34 (UTC +04:00)
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
Azərbaycan Kuboku: "Keşlə" yarımfinalda

Bakı. Trend:

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Trend-in məlumatına görə, "Kəpəz" ilk oyunda 0:2 hesabı ilə məğlub olduğu "Keşlə"ni qəbul edib. Gərgin və maraqlı keçən qarşılaşmada gəncəlilər yenə də uduzublar - 2:3.

Günün digər matçında isə "Neftçi" ilk oyunda minimal hesabla məğlub olduğu "Zirə"ni qəbul edəcək.

1/4 finalın digər oyunları – “Səbail” - “Qəbələ” və “Sumqayıt” - “Qarabağ” oyunları isə sabah keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti