...

Futbol üzrə “Təhsil Liqaları”nda I dövrəyə yekun vurulub (FOTO)

İdman Materials 28 Dekabr 2017 18:32 (UTC +04:00)
2017-2018- ci il mövsümü üçün 8 yaşadək (U-8) və 9 yaşadək (U-9) futbolçulardanibarət komandalar arasında “Təhsil Liqaları”nın birinci dövrəsinə yekun vurulub.
Futbol üzrə “Təhsil Liqaları”nda I dövrəyə yekun vurulub (FOTO)

Bakı. Trend:

Təhsil Nazirliyinin dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilən 2017-2018- ci il mövsümü üçün 8 yaşadək (U-8) və 9 yaşadək (U-9) futbolçulardan ibarət komandalar arasında “Təhsil Liqaları”nın birinci dövrəsinə yekun vurulub.

“Təhsil" Respublika İdman Mərkəzindən Trend-ə verilən məlumata görə, 13 oktyabrda starat götürən birinci dövrənin oyunları 22 dekabrda yekunlaşıb. Birinci dövrədə hər yaş qrupu üzrə liqalarının hər birində 66 oyun olmaqla ümumilikdə 132 oyun keçirilib.

Oyunlar FİFA-nın mövcud qaydaları əsasında keçirildi və AFFA-nın Hakimlər Komitəsi tərəfindən təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunub.

İkinci dövrənin oyunları 2018-ci il martın 2-də start götürəcək.

Liqa yarışları “Təhsil” Respublika İdman Mərkəzinin və Azfar Group” MMC-nin birgə
fəaliyyətində olan 248 və 267 saylı tam orta məktəblərdə yerləşən mini futbol meydançalarında keçirilir. Hər liqada müvafiq olaraq idman məktəblərindən və peşakar klublardan 12
komanda iştirak edir.

“Təhsil Liqaları”nın keçirilməsində əsas məqsəd İdman məktəblərində ibtidai hazırlıq qruplarına uşaqların kütləvi cəlb olunmasını təmin etmək, kiçik yaşdan onlarda oyun təcrübəsinin formalaşmasına köməklik göstərmək, bu yaş qrupları üzrə ən güclü futbol komandasını müəyyən etmək və uşaqlar arasında dostluq əlaqələrinin yaradılmasından ibarətdir.

Liqalarda I, II və III yeri tutan komandalar “Təhsil” Respublika İdman Mərkəzinin müəyyən etdiyi müvafiq diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Bundan başqa təsis edilmiş 5 nominasya üzrə seçiləcək futbolçularda xüsusi mükafatlarla təltif olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti