...

Premyer Liqanın və Azərbaycan Kubokunun təqvimində dəyişikliklər edilib

İdman Materials 20 Fevral 2018 13:18 (UTC +04:00)
Premyer Liqanın və Azərbaycan Kubokunun təqvimində dəyişikliklər edilib.
Premyer Liqanın və Azərbaycan Kubokunun təqvimində dəyişikliklər edilib

Bakı. Trend:

Peşəkar Futbol Liqası (PFL) 2017/2018-ci illər mövsümünün təqvimində müəyyən dəyişikliklər edib.

Trend PFL-ə istinadən məlumat verir ki, Azərbaycan milli komandasının mart toplanışı və yoxlama görüşləri, eləcə də 11 aprel prezident seçkiləri ilə əlaqədar olaraq Premyer Liqanın və Azərbaycan Kubokunun təqvimində bir sıra dəyişikliklər edilib.

Belə ki, Premyer Liqanın XIX turunun “Kəpəz” - “Qəbələ” və “Keşlə”- “Neftçi” matçları 9 mart 2018-ci il tarixdə, “Səbail” - “Sumqayıt” və “Qarabağ” - “Zirə” matçları isə 10 mart 2018-ci il tarixdə keçiriləcək.

Premyer Liqanın XX turunun “Keşlə” - “Qəbələ” matçı 13 mart 2018-ci il tarixdə, turun digər üç oyunu isə 14 mart 2018-ci il tarixdə reallaşacaq.

Bundan başqa, Azərbaycan Kubokunun ½ final mərhələsinin ilk oyunları 11 aprel 2018-ci il tarixdən 12 aprel 2018-ci il tarixə keçirilib.

Həmçinin Premyer Liqanın XXIII turunun “Zirə” - “Neftçi” matçı 14 aprel 2018-ci il tarixdən 15 aprel 2018-ci il tarixə keçirili.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti