Bakı. Trend:
Almaniya Bundesliqasının 29-cu turu çərçivəsində "Bavariya" "Auqsburq" klubunu 4:1 hesabı ilə məğlub edib.
Trend-in məlumatına görə, "Bavariya" liqa birinciliyində 29 turdan sonra xal ehtiyatını 72-yə çatdırıb və ən yaxın izləyicisi olan "Şalke"ni 20 xal qabaqlayır.
Beləliklə, Bundesliqanın bitməsinə 5 tur qalmış "Bavariya" çempionluğunu rəsmiləşdirib.
Qeyd edək ki, Münhen təmsilçisi ardıcıl 6-cı dəfə Bundesliqanın qalibi olub.