...

Stolüstü tennisçilərimiz gənclərin Avropa Çempionatının qalibidir

İdman Materials 20 İyul 2018 14:54 (UTC +04:00)
Rumıniyanın Kluj-Napoka şəhərində stolüstü tennis üzrə gənclər arasında Avropa Çempionatı keçirilir.
Stolüstü tennisçilərimiz gənclərin Avropa Çempionatının qalibidir

Bakı. Trend:

Rumıniyanın Kluj-Napoka şəhərində stolüstü tennis üzrə gənclər arasında Avropa Çempionatı keçirilir.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Trend-ə verilən məlumata görə, 44 ölkədən 42 kişi və 39 qadın komandasının iştirak etdiyi çempionatda qızlardan ibarət Azərbaycan stolüstü tennisçiləri finalda Rusiya komandasına qalib gələrək qızıl medal qazanıb. Bu, Azərbaycan stolüstü tennis tarixində ən yüksək nəticədir.

Xatırladaq ki, 2017-ci il gənclərin Avropa çempionatında qızlardan ibarət yığmamız bürünc medal qazanıb.

Çempionat şəxsi yarışlarla davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti