...

İspaniya Superkuboku uğrunda matç ölkədə keçirilməyəcək

İdman Materials 23 İyul 2018 06:23 (UTC +04:00)
Matç İspaniyada deyil, Mərakeşdə keçiriləcək.
İspaniya Superkuboku uğrunda matç ölkədə keçirilməyəcək

Bakı. Tural Turan - Trend:

İspaniya Superkuboku uğrunda matç ölkədə keçirilməyəcək.

Belə ki, matç İspaniyada deyil, Mərakeşdə keçiriləcək. Trend-in məlumatına görə, İspaniya Kral Futbol Federasiyası rəsmi olaraq bəyan edib ki, İspaniya Superkuboku uğrunda matç 12 avqust tarixində Mərakeşin Tanjer şəhərində keçiriləcək.

Superkubokun qalibi iki yox, bir matçın nəticəsində bəlli olacaq. Oyun 45 000 tutumu olan “Stad de Tanjer” stadionunda baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti