...

Azərbaycan Qran Prisi 2018-ci ildə Formula 1-in ən yaxşı mərhələsi hesab olunub

İdman Materials 4 Avqust 2018 15:33 (UTC +04:00)
2018-ci il Formula 1 Azərbaycan Qran Prisi bu ilin ən yaxşı mərhələsi hesab olunub.
Azərbaycan Qran Prisi 2018-ci ildə Formula 1-in  ən yaxşı mərhələsi hesab olunub

Bakı. Ləman Zeynalova - Trend:

2018-ci il Formula 1 Azərbaycan Qran Prisi bu ilin ən yaxşı mərhələsi hesab olunub.

Trend-in məlumatına görə, bu, Formula 1-in “Twitter” səhifəsində keçirilmiş səsvermə nəticəsində məlum olub.

Səs verənlərin 62 faizi Azərbaycan Qran Prisini ən yaxşı mərhələ hesab edib. İkinci yeri 38 faiz səslə Böyük Britaniya Qran Prisi tutub.

Qeyd edək ki, 27-29 aprel tarixlərində keçirilmiş Azərbaycan Qran Prisində “Mercedes”in britaniyalı pilotu Lyuis Hemilton qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti