...

Moskvanın MOİK komandası "Real"ı darmadağın etdi, amma qrupda qaldı

İdman Materials 12 Dekabr 2018 23:58 (UTC +04:00)

Bakı. Rauf Quliyev - Trend:

UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində "Real Madrid"lə Rusiyanın MOİK komandası qarşılaşıb.

Trend-in məlumatına görə, "G" qrupunun oyunu "Santiaqo Bernabeu" stadionunda baş tutub, qonaq komanda madridlilərin qapısından 3 cavabsız qol keçirib.

Oyunda hesabı 37-ci dəqiqədə Fyodor Çalov açıb, 6 dəqiqə sonra hesabda fərq artıb - Georgi Şennikov fərqlənib. Oyunda sonuncu qolu Arnor Siqurdson vurub. Beləliklə oyun 0:3 MOİK komandasının qəlbəsi yekunlaşıb.

Qrupun digər oyunu Çexiyada keçirilib. "Viktoria Plzen" İtaliyanın "Roma"sını qəbul edib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qollar: Yan Kovarik (62' - 1:0), Çengiz Ündər (68' - 1:1), Tomas Çori (72' - 2:1).

Nəticə etibarı ilə, "Real Madrid" və "Roma" klubları Çempionlar Liqasının, "Viktoria Plzen" isə (MOİK-lə şəxsi görüşlərin nəticəsinə görə) Avropa Liqasının "pley-off" mərhələsinə vəsiqə qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti