...

Üzgüçülərimiz Türkiyədən müxtəlif medallarla geri dönüb (FOTO)

İdman Materials 12 Fevral 2019 11:50 (UTC +04:00)
Fevralın 8-10-u tarixlərində Turkiyənin Ədirnə şəhərində üzgüçülük üzrə "Edirne 1st Swimming İnternational Open Cup 2019" adlı mötəbər turnir keçirilib.
Üzgüçülərimiz Türkiyədən müxtəlif medallarla geri dönüb (FOTO)

Bakı. Trend:

Fevralın 8-10-u tarixlərində Turkiyənin Ədirnə şəhərində üzgüçülük üzrə "Edirne 1st Swimming İnternational Open Cup 2019" adlı mötəbər turnir keçirilib.

Trend-in məlumatına görə, Maksim Şemberyevin Lüksemburqdakı uğurundan sonra milli komandanin yeniyetmə və gənc idmançıları bu yarışdan müxtəlif medallarla geri dönüb.

Bu yarışda Azərbaycanın üzgüçülük üzrə milli komandasının 2 məşqçisi (baş məşqçi Rəşad Əbdürrəhmanov, məşqçi Rəşad Əliyev) və 9 idmançısı (Vəli İsrafilov, Ramil Vəlizadə, Rəşad Əliquliyev, Petrenko Maksim, Elyar Cahangirbəyov, Vorontsov Maksim, Kələntərova Ayan, Əbdürrəhmanlı Selcan, Səfərova Aysel) iştirak edərək öz şəxsi göstəricilərini yaxşılaşdıraraq aşağıdakı nəticələri əldə ediblər:

İsrafilov Vəli - (2002-ci il idman ustası) yarışın 2-ci günündə 200 m brass üsulunda şəxsi nəticəsini yaxşılaşdıraraq 2.21.37 nəticə ilə A finalında iştirak edərək böyüklər arasında 5-ci, gənclər arasında 2-ci olub, gümüş medalı qazanıb. 100 m brass üsulunda 1.06.70 nəticə ilə böyüklər arasında 7-ci, gənclər arasında 3-cü olaraq bürünc medalı qazanıb.

Ramil Vəlizadə - (2004-cu il idman ustası) - 200 m batterflay üsulunda C finalında iştirak edərək 2.08.40 nəticə ilə öz şəxsi göstəricisini yaxşılaşdıraraq C finalının və öz yaşıdları arasinda 200 m batterflay üsulunun qalibi olaraq qızıl medal qazanıb.

Digər idmançılarımız C və B finallarında iştirak edərək öz şəxsi göstəricilərini yeniləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti