...

Rusiya komandası 5 topla qrup hərəkətlərində "qızıl" qazandı

İdman Materials 28 Aprel 2019 15:46 (UTC +04:00)
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda 5 topla qrup hərəkətlərində "qızıl" medalı 24.850 xalla Rusiya komandası qazanıb.
Rusiya komandası 5 topla qrup hərəkətlərində "qızıl" qazandı

Bakı. Cani Babayeva - Trend:

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda 5 topla qrup hərəkətlərində "qızıl" medalı 24.850 xalla Rusiya komandası qazanıb.

Trend-in məlumatına görə, gümüş medalı Yaponiya (24.450), "bürünc"ü isə Ukrayna komandası (24.350) əldə edib.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü – sonuncu yarış günü başlayıb. Bu gün fərdi proqramda halqa, top, gürzlər və lentlə hərəkətlər üzrə finallar, eləcə də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlərlə (5 top, 3 halqa və 2 cüt gürz) hərəkətlər üzrə finallar keçirilir.

Aprelin 26-dan start götürən turnirdə ümumilikdə 39 ölkədən 200-dən çox gimnast mübarizə aparır.

Aprelin 26-dan start götürən turnirdə ümumilikdə 39 ölkədən 200-dən çox gimnast mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti